Azərbaycan Premyer Liqasının XXIX turunda keçiriləcək "Neftçi" - "Qarabağ" matçında azarkeşlərin təhlükəsizliyi üçün xüsusi qaydalar tətbiq olunacaq.
Sportnet.az xəbər verir ki, 26-da keçiriləcək görüş öncəsi preventiv tədbirlər planlaşdırılıb.
“Palms Sports Arena”da baş tutacaq qarşılaşmada qonaq komandanın azarkeşləri üçün ayrıca sektor ayrılıb və biletlər oyun günü satışda olacaq.
Təhlükəsizlik məqsədilə bəzi sektorlara rəqib komandanın atributları ilə girişə icazə verilməyəcək.

















































































