Azərbaycan Premyer Liqasında XXIX turun “Neftçi” – “Qarabağ” oyununu 9 500 tamaşaçı izləyib.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Bakı klubunun Premyer Liqadakı ev matçlarında son 15 mövsümün ən yüksək göstəricisidir.
“Ağ-qaralar”ın meydanında daha çox izləyici sonuncu dəfə 2010/2011 mövsümündə qeyd alınıb. 2011-ci il fevralın 13-də “Xəzər Lənkəran”la Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmanı (0:0) 10 min seyrçi izləyib.
Qeyd edək ki, “Palms Sports Arena”dakı görüşdə qonaqlar qalib gəlib – 5:1.














































































