UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində İngiltərə Premyer Liqası təmsilçisi "Arsenal" ilə İspaniya nəhəngi "Atletiko" qarşılaşacaq.
Sportnet.az UEFA-ya istinadən xəbər verir ki, matçın hakim təyinatları açıqlanıb. Görüş Almaniyadan olan hakimlər briqadası idarə edəcək
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu
5 may
23:00. "Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya)
Hakimlər: Daniel Siebert, Yan Seydel, Rafael Foltin, Tobias Stiler (Almaniya)
VAR: Bastian Dankert (Almaniya)
AVAR: Robert Şröder (Almaniya)
İlk oyun - 1:1
Qeyd edək ki, yarımfinal mərhələsinin digər matçı olan "Bavariya" - PSJ qarşılaşması 6 may Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.














































































