"Turan Tovuz" klubu tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, Kurban Berdıyevin baş məşqçi olduğu kollektiv buna Azərbaycan Premyer Liqasının XXXI turunda evdə "Karvan-Yevlax" üzərində 1:0 hesablı qələbə sayəsində nail olub.
Beləliklə, xalını 59-a çatdıran Tovuz təmsilçisi sona 2 tur qalmış ən azı 3-cü yeri təmin edib.
Komanda çempionatın sonunda 2-ci pilləyə yüksəlsə, Avropa Liqasında mübarizə apara bilər. Bunun üçün Bizon Azərbaycan Kubokunu "Sabah" qazanmalıdır.
Bu iki variantdan ən azı biri gerçəkləşməsə, "Turan Tovuz" Konfrans Liqasında çıxış edəcək.
Qeyd edək ki, Tovuz futbolu sonuncu dəfə 1994-cü ildə avrokuboklarda təmsil olunub. Həmin vaxt "Turan" komandası çempion olmaqla, Azərbaycanı UEFA Kubokunda təmsil edib.




















































































