Belçikanın "Brügge" klubu UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün ümumi mərhələsinə vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, komanda buna ölkə çempionatının XXXVII turunda "Mexelen" ilə 2:2 hesablı heç-heçə sayəsində nail olub.
“Brügge” bu nəticə ilə xallarını artıraraq sona bir tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib. Klub tarixində 20-ci dəfə Belçika çempionu olub.
Beləliklə, “Brügge” növbəti mövsüm UEFA Çempionlar Liqasının ümumi mərhələsində iştirakını təmin edən 25-ci komanda olub. Xatırladaq ki, 2024-cü ildən etibarən turnirdə 32 yox, 36 klub mübarizə aparır.
“Brügge” 2025/2026 mövsümündə Çempionlar Liqasında pley-offa qədər irəliləmiş, bu mərhələdə İspaniya "Atletiko Madrid"inə uduzmuşdu.
Bundan əvvəl UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünə "Barselona" (İspaniya), "Bavariya" (Almaniya), PSV (Niderland), "Arsenal" (İngiltərə), "Real Madrid" (İspaniya), "İnter" (İtaliya), "Mançester Siti" (İngiltərə), PSJ (Fransa), "Borussiya Dortmund" (Almaniya), "Vilyarreal" (İspaniya), "Portu" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə), "Atletiko Madrid" (İspaniya), "Lans" (Fransa), "Leyptsiq" (Almaniya), "Qalatasaray" (Türkiyə), "Feyenoord" (Niderland), "Şaxtyor Donetsk" (Ukrayna), "Betis" (İspaniya), "Slaviya Praqa" (Çexiya), "Aston Villa" (İngiltərə), "Ştuttqart" (Almaniya), "Napoli" (İtaliya) və "Lill" (Fransa) da vəsiqəni təmin ediblər.
Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında "Sabah" təmsil edəcək. Masazır komandası mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.












































































