"Rəqibin kim olduğunu öyrəndik. Bura qədər gələn komanda zəif ola bilməz". Sportnet.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında "Qarabağ" klubunun icraçı direktoru Əmrah Çəlikəl deyib.
Avropa Liqasının pley-off mərhələsində İsveçrənin "Yanq Boys" klubuna rəqib olan Ağdam təmsilçisinin rəsmisi püşkatmanın nəticəsi barədə bunları deyib: "Rəqibin kimliyindən asılı olmayaraq çalışacağıq ki, ölkəmizi layiqli şəkildə təmsil edək".
Klub rəsmisi zərurət olacağı təqdirdə, futbolçu transferinin reallaşacağını da deyib:
"Komandayla bağlı bütün məsələlərə Qurban Qurbanov baxır. O, istədiyi təqdirdə əlavə transferlər olunacaq. Biz heç vaxt baş məşqçiyə "yox" cavabını verməmişik".
Qeyd edək ki, ilk görüşlər avqustun 20-də keçiriləcək.