Azərbaycan Premyer Liqasının son turunda “Karvan”ın futbolçusu Qavi Tompson “İmişli” ilə oyundan sonra Sportnet.az saytına müsahibə verib.
— Oyun barədə fikirləriniz necədir?
— Bu oyunun heç bir əhəmiyyəti yox idi, amma komanda olaraq döyüşmək, özümüzü göstərmək istəyirdik. Sübut etmək istəyirdik ki, bizim də keyfiyyətimiz var. Belə əhəmiyyət kəsb etməyən oyunlarda motivasiya olmaq o qədər də asan deyil. Buna baxmayaraq, əlimizdən gələni etdik ki, yaxşı oyun göstərək və keyfiyyətimizi ortaya qoya bilək.
— Mövsümü necə dəyərləndirirsiniz?
— Mövsümü yüksək dəyərləndirirəm. Bu çempionat çox yüksək səviyyəlidir, rəqabət böyükdür. Təəssüf ki, biz bacardığımız səviyyəni tam olaraq göstərə bilmədik.
— Öz performansınızdan razısınız?
— Öz performansıma gəlincə, ilk növbədə çalışdığım qədər yaxşı oynamağa çalışdım. Əlbəttə, burada başqa məqamlar da var. Fərdi olaraq komandanın oyununa öz keyfiyyətini qatmalısan və komandanın ümumi oyunu da buna təsir edir. Mənim üçün bu, yaxşı təcrübə oldu və burada özümü göstərməyə çalışdım.
— Yeni mövsümdə sizi “Karvan”da görə biləcəyik?
— Yeni mövsümdə “Karvan”da qalıb-qalmayacağımla bağlı hələ dəqiq heç nə deyə bilmərəm. Çempionat yeni başa çatıb, menecerlə bu barədə danışığımız olmayıb. Ona görə də hazırda konkret nəsə söyləmək çətindir.





































































