“Sumqayıt” klubu iki futbolçu ilə yollarını ayırıb.
Sportnet.az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bunlar Aleksandr Ramalinqom və Rayan Senhacidir.
Fransalı oyunçuların komandada fəaliyyəti 2025/2026 mövsümünü əhatə edib. 33 yaşlı hücumçu Ramalinqom üst-üstə 34 oyunda 12, 29 yaşlı müdafiəçi Senhaci 32 oyunda 1 qol vurub.




































































