1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kobud oyuna yol verməmişdim"
Çox ağır oyun olacağını bilirdik. Həm bizdə, həm də rəqibin heyətində gənc futbolçular var. Amma "Sumqayıt"da təcrübəlilər daha çoxdur. Səfərdə və süni örtükdə oynayırdıq. Çalışıb-vuruşduq". Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"la Azərbaycan Premyer Liqasının II tur matçından sonra "CBC Sport"a açıqlamasında "Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanov deyib.
O bildirib ki, matçın əvvəllərində buraxdıqları qol gözlənilməz alınıb. Sonrakı epizodlarda isə bərabərlik qolu üçün edilən cəhdlərin yalnız birindən yararlanmaq mümkün olub.
Ramaldanov "Xəzər Lənkəran"ın qapısına qol vurulması ilə nəticələnən epizod barədə də danışıb: "Həmin epizodunda baş hakim cərimə zərbəsini təyin etməyə bilərdi. Qayda pozuntusu 50/50 idi. Mən kobud oyuna yol verməmişdim. Sadəcə, baş hakimin fikri belə oldu. Cərimə zərbəsi təyin etdi və həmin nöqtədən qapımıza qol vuruldu. Bu epizoda görə baş məşqçinin mənə heç bir iradı olmadı".
Qeyd edək ki, "Sumqayıt" - "Xəzər Lənkəran" matçı 1:1 hesablı heç-heçə ilə nəticələnib.