
AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.
Sportnet.az-ın pfl.az-a istinadən verdiyi xəbərə görə iclasda 2-ci turun oyunlarındakı intizamsızlıqlar müzakirə edilib və aşağıdakı qərarlar qəbul olunub.
"İnter” – "Neftçi” matçının 16-cı dəqiqəsində "Neftçi” klubunun 5 №-li futbolçusu Xuan Alberto Alvarado sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 80-cı dəqiqəsində "İnter” klubunun 22 №-li futbolçusu İlkin Qırtımov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
"Sumqayıt” – "Xəzər Lənkəran” matçında "Sumqayıt” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Kəpəz” – "Zirə” matçında "Zirə” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinə isə aşağıdakı cəzalar kəsilib.
"Rəvan” – "Qarabağ” matçının 89-cu dəqiqəsində "Rəvan” klubunun 88 №-li futbolçusu Roini İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
AZAL – "Qəbələ” matçının 37-ci dəqiqəsində "Qəbələ” klubunun 13 №-li futbolçusu Murad Musayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
Oyunun 86-cı dəqiqəsində AZAL klubunun 39 №-li futbolçusu Süleyman Mustafazadən idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
"Sumqayıt” – "Xəzər Lənkəran” matçında "Sumqayıt” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Oyunun 90+4-cü dəqiqəsində "Xəzər Lənkəran” klubunun 75 №-li futbolçusu Röyal Əlizadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.