
O deyib: "Ötən mövsüm "Qəbələ” tarixində ilk dəfə Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı, ölkə kubokunun finalçısı və Avrokuboklara vəsiqə qazanan komanda olub. Əlbəttə, rəhbərlik nəticəmizin ötən mövsümdən pis olmamasını istəyir. Təbii ki, imkan daxilində Avropa miqyasında da daha çox mərhələ keçməliyik. Biz daxili arenada sabit oynamağa, yaxşı nəticə qaanmağa və Avropa Liqasında gedə bildiyimiz qədər yol qət etməyə çalışmalıyıq. Ən əsası, komandamız sabit nəticələr verməli, sabit çıxışla seçilməlidir".
Qeyd edək ki, Dorinel Muntyanu "Qəbələ" ilə 1 illik müqavilə bağlayıb.