Almaniyanın "Bavariya" klubunun futbolçusu Rafinya Braziliya millisində çıxış etmək təklifi alıb. Sportnet.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi təklifi qəbul etməyib.
Buna səbəb futbolçunun Almaniya yığmasının heyətində çıxış etmək istəməsidir. O, Almaniya vətəndaşlığını qəbul etmək istədiyini bildirib.
Qeyd edək ki, Rafinya 2011-ci ildən "Bavariya"da çıxış edir.