21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, millimiz səfərdə Avstriya yığması ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 7:0. Qollardan 3-nü baş məşqçi Verner Qreqoriçin oğlu Mixael Qreqoriç vurub. 2 qol isə penaltidən vurulub. Komandamız ilk qolu ilk yarının uzatma dəqiqələrində buraxdığı halda, fasilədən sonra daha 6 dəfə məyus olub.
Bu, yığmamızın ardıcıl 3-cü məğlubiyyətidir. Daha öncə baş məşqçi Yaşar Vahabzadənin komandası Bakıda Avstriyaya 0:2, Almaniyaya 0:3 hesabı ilə yenilib. Bakıdakı görüşdə də Avstriya millisinin hər iki qolunu M.Qreqoriç vurub.
Avropa çempionatı
Seçmə mərhələ, 7-ci qrup
20:30. Avstriya - Azərbaycan - 7:0
Qollar: Florian Qrilliç, 45+1. Mixael Qreqoriç, 49-penalti ilə. 74; 88. Kevin Frişenbixler, 60. Alessandro Şöpf, 75. Dominik Vidra, 90+5-penalti ilə
Qeyd edək ki, hazırda 4 oyundan 3 xala malik Azərbaycan millisi 7-ci qrupda 4-cü pillədə qərarlaşıb.