"Mustafa
Dənizli çox dəyərli bir baş məşqçidir. O, "Qalatasaray" da daxil
olmaqla bütün klubların çalışmaq istədiyi bir mütəxəssisdir. Hələ tam qərar verməmişik,
ancaq həftə sonuna qədər yeni baş məşqçinin kimliyinə aydınlıq gələcək".
Sportnet.az-ın məlumatına görə, bu sözləri Türkiyə mətbuatına açıqlamasında
"Qalatasaray"ın prezidenti Ünal Aysal deyib.
Aysal əcnəbi
mütəxəssislərdən arzu olunmayan cavab aldıqdan sonra namizədlər siyahısında
1-ci dayanan Mustafa Dənizli barədə müsbət fikirlər bildirib. Daha əvvəl yeni
baş məşqçinin türk olmayacağını bəyan edən klub başçısı artıq geri addım atıb. Hazırkı
vəziyyətdə Dənizlinin tezliklə "Qalatasaray"ın yeni baş məşqçisi elan
ediləcəyi gözlənilir.
Qeyd edək ki, Mustafa Dənizli ötən ilin dekabrda "Xəzər Lənkəran"la 1.5 illik müqavilə imzalayıb. O, bu postda Con Toşakı əvəzləyib. Lakin uğursuzluq səbəbindən türkiyəli mütəxəssis də Lənkəran klubunda tab gətirə bilməyib və Vətəninə qayıdıb. "Xəzər Lənkəran" tərəfi mayda Dənizli ilə yollarını rəsmən ayrıldığını bəyan edib.