
AZAL klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Sportnet.az-ın məlumatına görə, "təyyarəçilər" Orxan Lalayevin "Rəvan”dan transferini rəsmən bitirib.
Universal müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, AZAL-da icarə əsasında çıxış edəcək.