
Azərbaycan Premyer Liqasında XII turun görüşləri çərçivəsində keçiriləcək AZAL - "Kəpəz" oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Sportnet.az-ın məlumatına görə, matçı çempionatın yayım hüququna malik "CBC Sport" kanalı ekranlara daşıyacaq.
Noyabrın 7-də "AZAL Arena"da keçiriləcək AZAL - "Kəpəz" görüşü saat 16:30-da start götürəcək.







































































