
Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqiblərindən Yunanıstanın PAOK və Rusiyanın "Krasnodar" klubu ölkə çempionatında növbəti oyunlarını keçiriblər. Sportnet.az-ın məlumatına görə, hər iki komanda gecəni qələbə ilə başa vurub.
"Krasnodar" Premyer Liqanın XVII turunda "Rostov"u qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Krasnodar təmsilçisinin heyətində Mamayev və Vanderson adını tabloya yazdırıb. "Krasnodar" bu oyundan sonra 27 xalla 6-cı pillədə qərarlaşıb.
PAOK isə Super Liqanın XII turunda "Kalloni"nin qonağı olub. Qarşılaşma Saloniki təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. PAOK-un heyətində Stefanos Athanasiadis dubl edib və İoannis Mistakidis bir qol vurub. PAOK bu görüşdən sonra 19 xalla turnir cədvəlinin 5-ci pilləsində qərtarlaşıb.







































































