1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Ağayev "Karşıyaka"dan gedir
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Türkiyənin "Karşıyaka" klubundan ayrıla bilər. Sportnet.az-ın "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb 29 yaşlı qolkiperdən əlavə, daha 3 oyunçuya sentyabr, oktyabr və noyabrın maaşlarının ödənilməməsidir.
Həmin futbolçular İqor Duriç, Cibi Fall və ötən mövsüm Bakı "İnter"ində çıxış etmiş Aleksandr Amisulaşvilidir. FİFA qaydalarına əsasən, 3 ayın maaşını ala bilməyən futbolçu klubundan azad agent kimi ayrıla bilər. Amma klub prezidenti Ali Erten bu oyunçuların müqaviləsində 1 aylıq təxirəsalmanın olduğunu söyləyib. Onun sözlərinə görə, heç bir oyunçunun əşyalarını yığıb "Karşıyaka"nı tərk etməsi mümkün deyil: "Onlar əvvəlcə notarius yolu ilə kluba müraciət edərək, maaşlarının ödənilməsi üçün bir ay vaxt verməlidirlər. Bu müddətdə klubun konqresi keçiriləcək və ödəmə edib-etməməyə yeni rəhbərlik qərar verəcək".
Qeyd edək ki, Kamran Ağayevin "Karşıyaka" ilə iyunda 1 il müddətinə müqavilə bağlayıb.