"Qazandığımız bürünc medalı təkcə klubun deyil, həm də özümün nailiyyətim sayıram". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis bildirib ki, Azərbaycan çempionatında ən güclü "3-lüy"ə düşmək təkcə şərəfli iş deyil, həm də çox çətindir. Onun sözlərinə görə, son zamanlar ən güclü klublarımız keyfiyyətli legionerlərlə gücləniblər və medallar uğrunda mübarizə ciddiləşib.
Syomin faktiki yeni komanda ilə "3-lüy"ə düşə bilmələrindən və əvvəllər bir-birini tanımayan insanları eyni məqsədlə birləşdirə bilməsindən xüsusən məmnun olub: "Burada bizə iş və matçlara hazırlıq üçün komfort şərait yaradan klub rəhbərliyinin də böyük əməyi var. Həm yüksəliş, həm də eniş dövrümüz olub. Amma komandamızdakı mənəvi mühit yeni səviyyəyə qalxmağımıza, çempionatın finiş bölümünü uğurla keçirməyimizə, ilk dəfə Avropa Liqasının iştirakçısı olmağımıza imkan yaradıb".
Baş məşqçinin fikrincə, "Qəbələ" düzgün yolla inkişaf edir: "Biz çempionatı yaxşı keçirdik. Qarşıda isə mövsümün əsas matçı sayılan Azərbaycan Kubokunun finalı var".
Qeyd edək ki, "Qəbələ" tarixində ilk dəfə həm də ölkə kubokunun finalına yüksəlib. Syominin komandası mayın 22-də keçiriləcək həlledici görüşdə "Neftçi" ilə üz-üzə gələcək.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |