1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tsxadadze Gürcüstan millisindən qovuldu
Gürcüstan milli komandasının baş məşqçisi Kaxaber Tsxadadze tutduğu vəzifədən azad edilib. Sportnet.az-ın məlumatına görə, bu barədə Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, 48 yaşlı mütəxəssislə yeni müqavilə məsələsində razılığa gəlinməyib. Kobiaşvili Tsxadadzeni ona qarşı hörmətsizlikdə, zənglərinə və mesajlarına cavab verməməkdə də günahlandırıb. Federasiya prezidenti yaxın günlərdə İcraiyyə Komitəsinin iclasında Tsxadadzenin istefasının rəsmiləşəcəyini bəyan edib: "Artıq qərarımı vermişəm. Kaxa bir daha yığmada işləməyəcək. Yeni baş məşqçi barədə isə danışmaq hələ tezdir".
Tsxadadzenin özü isə qalmaqallı açıqlamalar verib. O bildirib ki, ölkənin idman naziri Tariel Xeçikaşvili baş məşqçi vəzifəsinə öz adamını təyin etmək istəyir. Təcrübəli mütəxəssisin sözlərinə görə, 2015-ci il dekabrın 18-də keçmiş futbolçu Dmitri Qalyamin Tbilisiyə gələrək, klublardan birinin onu yaxşı təkliflə baş məşqçi təyin etmək istədiyini deyib. Lakin gürcüstanlı mütəxəssis pula görə yığmadan getmək istəmədiyini söyləyib. O, eyni zamanda məsələ qaldırıb ki, növbəti seçmə tsikldə qrupda 3-cü yeri tutacağı halda, Gürcüstan millisi maddi cəhətdən stimullaşdırılsın. Nazir isə əvvəlcə yığma məşqçilərinin aşağı maaş almasının, əvəzində bonuslar qazanmasının vacibliyini vurğulayıb. Amma dekabrın 30-da Xeçikaşvili baş məşqçiyə əmək haqqı ödəməyə qarşı çıxıb.
Tsxadadze öz növbəsində, belə bir şərt irəli sürüb: "Mən əmək haqqımın 25 faiz azaldılmasına razıyam, amma qrupda 3-cü yeri tutsaq, bu vəsait qaytarılsın. Onsuz da maaşım 60 faiz azaldılıb, qoy, 25 faiz də azaldılsın. İndi növbə federasiyanındır".
Baş məşqçinin fikrincə, ona təzyiqlər yığmada işlərin heç vaxt olmadığı kimi qaydasına düşməsindən və komandanın döyüşə hazır vəziyyətə çatmasından sonra başlayıb. Federasiya prezidenti Levan Kobiaşvili ilə heç bir probleminin olmadığını deyən Tsxadadze Xeçikaşvili tərəfindən təzyiqlərlə üzləşdiyini açıqlayıb: "1994-cü ildə ABŞ-da keçirilmiş dünya çempionatına Rusiya yığmasının heyətində qatılmaqdan imtina etdim. Əvəzində Gürcüstan yığmasında çıxxış etdim, xaricdən idman ayaqqabıları gətirdim, bir çox futbolçuya dəstək verdim, onlara iş tapdım. Nazir bu gün idmandadır, sabah olmaya da bilər. Mən isə daim idmanda olacağam. Qoy, bunu özü də bilsin. Xeçikaşvilinin yerimə öz adamını təyin etmək istəyi Gücrüstan futbolu üçün pis nəticə verəcək. Sabah başqa birisi gəlsə, nəticə vermək üçün daha 2 il istəyəcək. Mən artıq bu işə başlamışam və yalnız sabitlik təqdirində onu sona çatdıracağam".
Öz istəyilə yığmadan getməyəcəyini deyən təcrübəli mütəxəssis bildirib ki, Gürcüstan Futbol Federasiyası birtərəfli qaydada müqaviləni pozmaq istəsə, açıqca deyə bilər: "Federasiyanın yeni prezidenti Levan Kobiaşvili baş məşqçi kimi məni dəstəklədiyini dəfələrlə bəyan edib. Amma təəssüf ki, futboldankənar şəxs hər şeyi pozmaq istəyir. Yığmanın futbolçuları zəng edərək, narahatlıqlarını bildirirlər. Sakitlik olmasa, nəticə də olmayacaq. Mən oyuncaq deyiləm ki, bir neçə aylığa təyin edib sonra göndərsinlər. Mənim avtoritetim var, belə münasibətə layiq deyiləm. Sonda mükafata gəlirəm: Dünya çempionatına vəsiqə qazansaq, 3 milyon manat mükafatın 1 milyonunu futbolçulara verəcəyəm. Bunu özlərinə də demişəm".
Qeyd edək ki, Kaxaber Tsxadadze 2014-cü ilin dekabrında Gürcüstan milli komandasına baş məşqçi təyin edilib. O, 2015-ci ilin iyununadək "İnter"də də eyni vəzifəni icra etdikdən sonra fəaliyyətini yalnız yığmada davam etdirib. Onun köməkçilərindən biri əvvəllər "İnter"də də birgə çalışdıqları və sonradan "Simurq"un sükanı arxasına keçmiş Georgi Çixradzedir.