Azərbaycanda üzgüçülükdə yeni rekord əldə edilib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Quba sakini Cəmil Əliyev növbəti dəfə ölkə üzrə rekord nəticəyə imza atıb.
O, müvafiq qaydalara uyğun şəkildə 13 saat fasiləsiz üzərək əvvəlki rekordunu yeniləyib.
Qeyd edək ki, Cəmil Əliyev bundan öncə 10 saat fasiləsiz üzərək ölkə üzrə rekord nəticəyə imza atmışdı.
























































































