"Özüm oyun günü burada idim. Hər gəlişimdə hisslər, yaxşı xatirələr olur. Həm Şamaxıya gəlmək, həm də bu cür prinsipial oyunu izləmək maraqlı, xoş oldu".
Sportnet.az-ın məlumatına görə, bunu Şamaxı şəhər stadionunda "Şimal" və "Qaradağ Lökbatan" komandaları arasındakı I Liqa uğrunda pley-off matçını izləyən Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
45 yaşlı mütəxəssis "Şimal"ın 2:1 hesablı qələbə qazandığı görüşü də dəyərləndirib: "İkinci hissə daha maraqlı alındı. Bilirik ki, "Qaradağ Lökbatan" II Liqanın ən yaxşı komandalarından idi və çempion "Xankəndi" ilə sonadək mübarizə apardı. "Şimal" isə I Liqada pley-offa qalmaq üçün çox əziyyət çəkdi".



































































