Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Uesli Sneyder yeni "elçi"lərə razılıq verməyib. Sportnet.az-ın məlumatına görə, Çinin iki klubu hollandiyalı yarımmüdafiəçiyə təklif göndərib.
Hollandiyalının meneceri İstanbula gedərək futbolçu və "Qalatasaray" rəhbərliyi ilə məsələni müzakirə edib. Lakin Senyder "sarı-qırmızılar"ın heyətində qalmaq istədiyini bildirib.
Dəqiq məbləğ açıqlanmasa da, hər iki Çin klubunun futbolçuya böyk məbləğ təklif etdiyi bildirilir.