AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sumqayıt" klubunu 1000 manat cərimələyib. Sportnet.az-ın məlumatına görə, buna XIX turun "Neftçi" ilə səfər oyununda komandanın 5 futbolçusunun sarı vərəqə alması səbəb olub.
Qeyd edək ki, "Neftçi"nin 1:0 hesablı qələbə qazandığı oyunda "Sumqayıt"ın heyətində Vurğun Hüseynov, Cəmil Hacıyev, Murad Ağayev və Aleksandr Çertoqanov qeyri-idman hərəkəti, Ağabala Ramazanov isə hakimi aldatmağa cəhdi üzündən sarı vərəqə alıb.