"Neftçi” klubu çilili futbolçu Nikolas Kanaleslə mövsümün sonunadək müqavilə imzalayıb. Sportnet.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən məlumatına görə, mərkəz hücumçusu 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Çili milli komandasının (1 oyun) və U-20 yığmasının (13 oyun, 6 qol) sabiq üzvü Nikolas Kanales 2012-2013, 2014-2015-ci illərdə də "Neftçi”nin heyətində çıxış edib. O, 11 nömrəli forma ilə oynayıb. Hazırda isə bu forma Ruslan Qurbanovdadır.