"Zirə"nin futbolçusu Nelson Bonilla Azərbaycan Premyer Liqasının bombardirlər siyahısına düşüb. Sportnet.az-ın məlumatına görə, salvadorlu hücumçu çempionatın XXI turunda "Rəvan"a qarşı keçirilmiş ev oyununda dubl edib.
Bu isə 26 yaşlı futbolçunun Premyer Liqada vurduğu 6-cı qol olub. Nəticədə o, bombardirlər siyahısında "Sumqayıt"ın futbolçusu Amil Yunanov və "Qəbələ"də top qovan Aleksey Antonovla qol sayını bərabərləşdirib.
Hazırda bombradirlər siyahısına 8 qolla "Qarabağ"ın braziliyalı futbolçusu Riçard Almeyda başçılıq edir. Onun ən yaxın izləyicisi aktivində 7 qol olan "Neftçi"nin futbolçusu Ruslan Qurbanovdur.






































































