1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA Tarasova iş açdı
UEFA Türkiyənin "Fənərbağça" klubu ilə Avropa Liqasının 1/16 final matçından sonra üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli çəkilmiş futbolka nümayiş etdirən "Lokomotiv"in futbolçusu Dmitri Tarasova qarşı iş açıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Avropa futbol qurumu açıqlama yayıb.
"Oyunçular üzərində siyasi, dini, şəxsi açıqlamalar, habelə təsvir və ya loqotiplər olan geyim elementlərini nümayiş etdirməməlidirlər" - deyə məlumatda bildirilir.
28 yaşlı yarımmüdafiəçinin futbolkasında "Samıq vejlivıy prezident" ("Ən mərhəmətli prezident") yazılıb. Bunu qaydalara zidd sayan UEFA Tarasovla bağlı məsələyə martın 17-də baxacağını bildirib. Onun ən azı 10 oyunluq diskvalifikasiyaya məruz qalacağı gözlənilir.
Qeyd edək ki, "Fənərbağça" - "Lokomotiv" matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Cavab görüşü fevralın 25-də Moskvada olacaq.