
"Milan” son 16 ildə ilk dəfə Avropa kuboklarından kənar qalıb. Sportnet.az-ın məlumatına görə, İtaliya çempionatının son turunda "Sassuolo”nu 2:1 hesabı ilə yenməsinə baxmayaraq, "rossonyerlər" Avropa Liqasına vəsiqə qazana bilməyib.
Aktivinə 57 xal yazan Milan komandası A seriyasını 8-ci pillədə tamamlayıb. Bu, 1998-ci ildən bəri komandanın ən bərbad çıxışıdır. Həmin ildə kollektiv çempionatı 10-cu yerdə tamamlamışdı.
Qeyd edək ki, növbəti mövsüm İtaliya Çempionlar Liqasında "Yuventus”, "Roma” və "Napoli” ilə, Avropa Liqasında isə "Parma”, "Fiorentina” və "İnter”lə təmsil olunacaq.