Azərbaycanın futbol liqalarında oyunun hakimlərinin təhqir olunması halları davam edir. Sportnet.az-ın məlumatına görə, I divizionun XV turunun "Şəmkir" – "Şahdağ" matçı başa çatdıqdan sonra meydan sahiblərinin baş məşqçisi Kamran Əlibabayev hakimlər briqadasını təhqir edib.
AFFA İntizam Komitəsi baş məşqçini təhqirə görə 5 oyun cəzalandırıb və klub 500 manat cərimə olunub.
Fevralın 25-də U-16 Liqasının "Qəbələ" – "Zirə" matçının 45-ci dəqiqəsində qonaqların futbolçusu Elşən Veysov, oyunun 66-cı dəqiqəsində isə komandanın digər üzvü Əbdül Ağaməmmədov hakimi təhqir edib. Hər iki futbolçu 4 oyunluq cəzalanıb.
Fevralın 19-da futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin "Laçın" – "Hyundai" matçının 12-ci dəqiqəsində meydan sahibi komandanın baş məşqçisi Elvin Əhmədov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb.