"Qəbələ”nin ukraynalı futbolçusu Aleksey Qay "Zirə” ilə kubok matçından sonra müsahibə verib. Təcrübəli yarımmüdafiəçi Sportnet.az-ın da suallarını cavablandırıb.
-Maraqlı oyunda layiqli qələbə qazandınız. Matç haqda nə düşünürsən?
-Əvəvlki oyunlarda istədiyimiz nəhayət ki, həyata keçdi. "Zirə”nin bizə qol vursa da, qələbəyə daha layiq idik. Bugünkü oyunumuzla göstərdik ki, hazırda hansısa komponentdə rəqibdən üstün idik.
- Nəhayət, "Zirə” qalib gəldiniz...
-Bilirsiniz, tarixdə olan heç kəsi maraqlandırmır. Bu günə nikbin baxmaq və hər oyuna çıxıb qələbə üşün mübarizə aparmaq lazımdır. Dünəndə olan isə maraqsızdır.
-Azərbaycan çempionatında olduğu kimi, kubokunda da qol hesabını açdınız. Bu, sizin üçün nə deməkdir?
-Mənim üçün əsas komandamızın qalib gəlməyidir. Qol vurmağım ikinci plana keçir.
-İlk hissədə "Zirə”nin cərimə meydanında sizə qarşı qayda pozuntusu oldu. Kənardan görünürdü ki, penaltidir, ancaq baş hakim bunu vermədi...
-Təkcə kənardan yox, kameralardan, peykdən, futbolçular tərəfindən hər şey görünür. Ancaq yalnız baş hakim görmür. Problem bu günün deyil. Arytıq neçənci oyunumuzdur hakimlik sadəcə, təəccübləndirir. İstənilən halda, bununla mübarizə aparacağıq. Əsas qələbə qazanmağımızdır. Onda hakimliyə diqqət yetirmək lazım deyil.
-Belə demək olar ki, bu qələbə sizi demək olar cütün qalibi edib?
-Mən belə deməzdim. Qarşıda cavab oyunu var. Boşalmaq lazım deyil. Bu gün qələbədən zövq almalı, sabah isə çempionat oyununa hazırlaşmlalıyıq.
-Yeri gəlmişkən, növbəti turda səfərdə "Neftçi” ilə oynayacaqsınız...
-"Neftçi” yaxşı ənənələrə malik yaxşı rəqibdir. Bu komanda ilə oyun indikindən az maraqlı olmayacaq.
Mehman Süleymanov