1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AZAL-ın qapıçısından topdaşıyan uşağa kobudluq - FOTOLAR
"Xəzər Lənkəran"la AZAL arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XXIV tur matçında qeyri-adi olay baş verib. Sportnet.az-ın məlumatına görə, uzatma dəqiqələrində meydan sahiblərinin hücumundan sonra top qonaq komandanın qapı xəttindən çölə çıxıb.
Bu zaman topdaşıyan uşaq topu dərhal AZAL-ın qapıçısı Stanislav Namaşkoya atıb. Namaşko topu götürmək əvəzinə təpiklə uşağa tərəf vurub. Nəticədə topdaşın sifətindən zərbə alıb. Qapı arxasındakı azarkeşlər isə Namaşkoya etirazlarını bildiriblər. Moldovalı qolkiper fanatlardan üzr istəyərək, uşağın başını sığallayıb. Olay yerinə yaxınlaşan AZAL-ın digər oyunçusu İlqar Ələkbərov və baş hakim Orxan Məmmədov da eyni cür davranaraq, onun könlünü alıblar.
Oyundan sonra isə yaşlı fanatlardan biri meydanın mərkəzində hakimlər briqadasına etirazını bildirib. Onu polislər sakitləşdirərək, uzaqlaşdırıblar.
Qeyd edək ki, matç AZAL-ın qələbəsi ilə yekunlaşıb - 1:0.