Azərbaycan Premyer Liqasının XXV turunun "Zirə” ilə oyunundan sonra iki günlük istirahətə buraxılan "Qəbələ” məşqlərinini sabah bərpa edəcək. Sportnet.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası günün ikinci yarısında bir araya gələrək "Qarabağ”la ev oyunun hazırlığına başlayacaq.
Axşam məşqi Qəbələ şəhər stadionunda baş tutacaq. Komanda hazırlığı tam heyətlə keçəcək. "Qəbələ”nin liderlə matçadək hazırlıqlarını gündə bir dəfə olmaqla bu arenada olacaq.
Qeyd edək ki, "Qarabağ”la oyun martın 19-da saat 15:00-dək başlayacaq.