"Kəpəz"i təbrik edirəm. Bu gün "Neftçi" məğlubiyyətə layiq deyildi". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Vəli Qasımov deyib.
Baş məşqçi Azərbaycan Premyer Liqasının XXVI turunda "Kəpəz"lə keçirilmiş oyundan sonra bunları bildirib: "Bu oyunda qələbəyə yaxın idik. Qələbəni gətirə bilərdik. Rəqib yaxşı təşkilatlanmış oyun nümayiş etdirdi. Hazırda heyətimizdə sol ayağı olan yalnız Ailtondur. Bu səbəbdən o, hər dəfə oynayır. İlk qolumuz da onun ötürməsindən sonra oldu. "Neftçi" hazırda turnir cədvəlində layiqli yerdə deyil. Radikal dəyişiklik üçün komanda çox pis vəziyyətdə olmalıdır. Yəni futbolçular öz işlərini görməməlidir. Desək ki, uşaqlar pis oynayır, elə deyil. Sadəcə, oyunun təşkilatında problemlər var. Bəlkə futbolçulardan asılıdır. Bəlkə 10 məşqçi gətirsələr də belə olacaq? Maksim Vaylo iki oyun çıxış etdi və demək olar ki, pis çıxış etmədi. Aqil Məmmədov isə millinin üzvüdür. Heç nəyə zəmanət verilmir. Penalti epizodu haqda nəsə deməyim düzgün olmaz. Çünki uzaqda idim".








































































