AFFA İntizam Komitəsi Premyer Liqa və əvəzedicilərin yarışında ötən turun cəmi bir oyunu ilə bağlı tədbir görüb. Sportnet.az-ın məlumatına görə, bu, "Neftçi" - "Kəpəz" qarşılaşmasıdır.
Premyer Liqadakı matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Kəpəz" 1000 manat cərimələnib.
Əvəzedici heyətlərin XXVI turundakı oyunun 30-cu dəqiqəsində isə "Neftçi”nin futbolçusu Elvin Sərkərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. O, 2 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.
90+4-cü dəqiqədə "Kəpəz”in futbolçusu Elcan Rəhimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. O, 1 oyun cəzalanıb, klub 100 manat ziyana düşüb.








































































