Bu gün futbol üzrə Azərbaycan milli komandası Türkiyənin Antalya bölgəsində Qazaxıstanla keçirəcəyi yoldaşlıq görüşündən öncə son məşqinə çıxıb. Sportnet.az-ın məlumatına görə, məşq təxminən 1 saat davam edib.
İlk olaraq isinmə hərəkətləri ilə hazırlığa start verən Robert Prosineçkinin rəhbərlik etdiyi komanda daha sonra toplu çalışmalar yerinə yetirib. Komandada əhval-ruhiyyənin yüksək olması diqqət çəkib.
Martın 21-dən Antalya toplanışına start verən milli komanda ayın 28-də vətənə dönəcək.
Qeyd edək ki, Qazaxıstan yığması ilə oyun martın 26-da Bakı vaxtilə saat 19:00-da başlayacaq.