1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Xuan Fransiskonun qolu həlledici oldu
Yeni mövsümün hazırlığını davam etdirən AZAL gündə 1 dəfə olmaqla məşqləri davam etdirir. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, dünən keçirilən məşqdə baş məşqçi Tərlan Əhmədovun istəyi əsasında yarım saatlıq yüngül məşqdən sonra ikitərəfli oyun keçirilib.
Şərti olaraq "sarılar” və "qırmızılar”ın mübarizəsindən birincilər qalib ayrılıb – 2:1. "Sarılar”da Viktor İbekoyi və Xuan Fransisko, "qırmızılar”da isə Rəşad Abdullayev fərqlənib.
Qeyd edək ki, bu gün keçiriləcək səhər məşqi ilə "təyyarəçilər"in yeni mövsümə hazırlığının birinci mərhələsi başa çatacaq. AZAL iyul ayının 16-da səhər saatlarında Türkiyənin Bolu vilayətinə - hazırlığın ikinci mərhələsinə yola düşəcək. Qardaş ölkədə 13 gün qalacaq Şüvəlan təmsilçisi 5 yoxlama görüşündə qüvvəsini sınayacaq.