"İnter”in kapitanı Nizami Hacıyevin durumuna aydınlıq gəlib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində keçirilən "Neftçi” ilə ev oyununda sonradan meydana çıxsa da, zədə səbəbindən əvəzlənməli olan yarımmmüdafiəçi bu gün həkim müayinəsindən keçib.
Məlum olub ki, Hacıyevin əzələsində 10-12 santimetr dartılma var. Əvvəlki zədəsini yeniləyən Hacıyev xüsusi terapiya prosedurundan keçmək məqsədilə bu gün Gürcüstana yola düşüb. Onun təxminən iki həftəlik sıradan çıxdığı güman olunur.