1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hafiz Məmmədov "Lans"dan imtina etdi
Azərbaycanlı iş adamı Hafiz Məmmədov Fransanın "Lans" futbol klubundakı səhmlərinin böyük hissəsindən imtina edib. Sportnet.az-ın "L Equipe" nəşrinə istinadən məlumatına görə, H.Məmmədov klubun səhmdarı kimi qalmağa razılıq verib.
Amma onun payı azalıb. Əvəzində kluba avropalı sərmayəçi tapılıb. "Lans"ın prezidenti Jerve Martel həmin şəxsin 3 il müddətinə 21 milyon avro sərmayə qoymağa hazır olduğunu bildirib. Bu məbləğ hər ilə bərabər bölünəcək. Lakin J.Martel həmin şəxsin adını açıqlamayıb. O, sadəcə, yeni himayəçinin aprelin 15-dən işə başlayacağını dilə gətirib.
Qeyd edək ki, 2015-ci ilin sonlarında "Lans"ı belçikalı iş adamı Qreqori Makenin himayəyə götürəcəyi bildirilirdi.