Bakıda UEFA Certificate in Football Management tədris kursunun növbəti seminarı başlayıb. Sportnet.az-ın məlumatına görə, proqramın məqsədi UEFA-nın üzvləri və partnyorları arasında idman və xüsusilə futbol menecmenti üzrə biliklərin artırılmasıdır. Proqram UEFA və Lozanna Universitetindəki Swiss Graduate School of Public Administration (IDHEAP) dəstəyi ilə UEFA-nın üzvü olan müxtəlif ölkələrdə keçirilir.
Baş katib Elxan Məmmədovun iştirakl etdiyi tədbirdə AFFA, Azərbaycan klubları və beynəlxalq futbol təşkilatlarının nümayəndələri iştirak edir. İştirakçılar bu gün məşğələlərdən sonra Bakı Olimpiya Stadionu ilə tanış olub, ardınca isə stadionun ehtiyat meydançasında futbol oynayıblar. Matçda Azərbaycan milli komandasını məşqçisi Mahmud Qurbanov, baş məşqçi Robert Prsonineçkinin tərcüməçisi Aydın Rüstəmov iştirak edib.