Azərbaycan qadın futbolunda ilk dəfə Polşa yığmasına uduzmayıb. Sportnet.az-ın məlumatına görə, bu, 19 yaşadək qızlardan ibarət yığma komandalar (U-19) arasında Avropa çempionatının elit-raund mərhələsində 0:0 hesablı bərabərliklə reallaşıb.
Bunadək matçlar U-17 səviyyəsində Avropa çempionatının seçmə mərhələsində olub və böyükhesablı məğlubiyyətlərlə nəticələnib. Yığmamız Polşaya 2007-ci ilin oktyabrın 10-da 0:4, 2013-cü ilin avqustun 4-də 0:5 hesabıyla uduzub. Göründüyü kimi, qızlarımız bu rəqibdən ilk dəfə xalı ispaniyalı baş məşqçisi Patrisiya Qonzaleslə alıb.