1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Cavid Hüseynov niyə xəstəxanaya gedib?"
Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, proses hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilib.
Səbail Rayon Polisi İdarəsinin 8-ci Polis Bölməsinin polis mayoru Ədalət Məmmədov, C.Hüseynovun anası Xalidə Hacıyeva, R.Əliyevin anası Teyfurə Əliyeva, C.Hüseynovun əmisi oğlu Nihat Abbaslı ifadə verib. X.Hacıyeva bildirib ki, oğlunun bu hadisədən qəti xəbəri olmayıb.
T.Əliyeva ifadəsində bildirib ki, oğlu Rasim Əliyevi Cavid Hüseynov və Elşən İsmayılov evdən aldadaraq çıxarıb: "Cavidin bu işdə günahı yoxdursa, niyə xəstəxanaya - Rasimin yanına gedib?!"
Məhkəmənin növbəti prosesi aprelin 13-nə təyin olunub.