
"Xəzər Lənkəran” Premyer Liqanın 29-cu turu çərçivəsində "Neftçi” ilə " Böyuk oyun”a hazırlığa başlayıb. Sportnet.az-ın məlumatına görə, cənub təmsilçisi iki günlük fasilədən sonra bu gün Lənkərandakı bazasında toplaşaraq məşqlərə start verib.
Nəzərdə tutulan iki məşqdən biri səhər saatlarında baş tutub. Yardımçı meydançada əsasən fiziki təmrinləri yerinə yetirən futbolçular daha sonra qapıya zərbələr üzərində çalışıb. Son turda zədə üzündən meydana çıxmayan müdafiəçi Vaquf Güləliyev də sıraya qayıtdığından, "Xəzər Lənkəran"da zədəli futbolçu yoxdur. Lənkəranlılar tam heyətlə məqşlərini davam etdirir.
Xatırladaq ki, "Xəzər Lənkəran” – " Neftçi” oyunu aprelin 10-da saat 16.30-da başlayacaq.