Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start verilib. Sportnet.az-ın məlumatına görə, günün yeganə oyunu Qəbələdə keçirilib.
Qəbələnin eyni adlı komandası Bakının "Rəvan" klubunu qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qol qonaqların 62-ci dəqiqədə azlıqda qalmasından sonra vurulub. 62-ci dəqiqədə Saşa Yunisoğlu ikinci sarı vərəqənin ardından qovulub. Qolları isə Asif Məmmədovla Aleksey Antonov vurub.
Bununla da Roman Qriqorçukun baş məşqçi olduğu komanda xallarını 46-ya çatdıraraq, ən azı bir günlük 4-cü pilləyə yüksəlib. "Rəvan" isə 11 xalla sonuncu pillədə qalıb.
16:00. "Qəbələ" – "Rəvan" - 2:0
Qol: Asif Məmmədov, 80. Aleksey Antonov, 85
Qırmızı vərəqə: Saşa Yunisoğlu, 62 ("Rəvan")
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, İsgəndər Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ. Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun digər oyunları 16-17 apreldə keçiriləcək.










































































