1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk hakimləri yıxıb-sürüdü
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Neftçi" ilə Azərbaycan kubokunun ilk yarımfinal oyunundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis odlu-alovlu çıxışı ilə yadda qalıb: "Nəticədən narazı qaldım. Çünki böyükhesabla qalib gəlməli idik. Birinci səbəb qol imkanlarını reallaşdıra bilməməyimiz idi. İkinci səbəb bərbad hakimlik idi. Hakim "Qəbələ"nin təmiz qələbəsini əlindən aldı. Bu mövsüm hakimlər bizim 15 xalımızı alıblar. Bunu çəkinmədən deyirəm, məni cəzalandırsalar belə. Bundan pis nəticə ola bilməz. Mən başa düşmürəm, niyə belə hakimliyə görə cəza yoxdur? Niyə Rəşad Sadiqov qırmızı vərəqə alıb cavab oyununu buraxmaılıdır? Niyə Aleksey Qay sarı vərəqə limitində olub final oyununu buraxmaq təhlükəsi ilə ülzəşməlidir? Mən başa düşürəm ki, "Qarabağ" ən güclüdür, çempiondur. Ancaq xallarımız alınmasaydı, indi 2-ci yerdə idik. Qay mənə deyir ki, 33 yaşım var, mən hakimin bu qərarını başa düşmürəm. İndi başlayacaqlar ki, "Qəbələ" qol vurmadı, ona görə qalib gəlmədi. Açığı, belə hakimliklə işim nəticə verməyəcək. Belə hakimliyə biganə qala bilmərəm. Ancaq belə tərcümə etmə (üzünü tərcüməçi Məhəmməd Əzizliyə tutur), tərcümə edin ki, onlara hörmətim böyükdür. Onlara az səhv buraxıb, avrokuboklarda çox oyun idarə etməyi arzulayıram".
Qriqorçuk Aleksey Qayla Aleksey Antonova inandığını, onlara böyük dəstək verdiyini söyləyib: "Mən Antonovu 5-ci dəqiqədə də dəyişə bilərəm. Ancaq bu, o demək deyil ki, ondan narazıyam. Mən Alekseydən üz çevirmirəm. Futbolçunu cəzalandıra bilərsən, ancaq o, özünə hörmət tələb edir. Antonovun 5 qol imkanı oldu ki, 3-nü qola çevriməli idi. Onun üzərində böyük təzyiq var. Belə vaxtda hər bir futbolçumuz kimi ona da dəstək olmalıyıq".
Ukraynalı çalışdırıcı "Neftçi"yə simpatiyasının olduğunu bildirib: "Bu komandanın xoşuma gəldiyimini bir neçə dəfə demişəm. "Neftçi" turnir cədvəlində layiq olmadığı yerdədir. Öz futbolçularımı ona görə tərifləmək istəyirəm ki, belə bir komandaya qarşı yaxşı oynadıq. Sadəcə, "Qəbələ"yə hörmət etmirlər. Bu, eyni zamanda hakimlərə aiddir. Sizə elə oyun göstərə bilərəm ki, biz 90 yox, 65 dəqiqə oynamışıq. Çünki rəqib qapıçı 25 dəqiqə uzanaraq vaxt uzadıb. Həmin matçın hansı olduğunu açıqlaya bilmərəm. Azərbaycanda hakimlər yaxşı idarəçilik edə bilirlər. Sadəcə, bunu bizimlə oyunda göstərmirlər. Əvəzində futbolçularımıza sarı vərəqə göstərirlər və onlar da cəzalı duruma düşürlər. Sonra deyirlər ki, "Qəbələ" niyə "Xəzər Lənkəran"a 1:0 hesabı ilə qalib gəldi? Məhər bu rəqib zəifdir?".
Qriqorçuk Qayın halına acıdığını söyləyib: "Bu insanın 2 uşağı var. Ancaq indi elə pərişandır ki, ailəsi onu tanımayacaq. Rəşad Eyyubovun əvəzlənməyinə gəlincə, bunu azlıqda olduğumuza görə etdim. Meydana müdafiəçi buraxmalı idim. Rəşadı əvəzlədiyimə görə ondan üzr istədim. Mən ona inanıram. Ehtiram Şahverdiyevin böyük potensialı var. Onun gələcəyi parlaq görünür".
"Qəbələ"nin çalışdırıcısı son vaxtlar oynamayan Dododan da danışıb: "O, son vaxtlar daha çox mənimlə yox, həkimlə danışır. Çünki müalicə olunur. Dodonun Yunanıstan klublarına maraqlanmasına gəlincə, buna mən yox, rəhbərlik cavab verə bilər. Mən belə bir şey eşitməmişəm. Niyə mənim Dodoyla münaqişəm olmadılır? Belə bir şey yoxdur".