Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, görüşlər Ukrayna və İspaniyada baş tutacaq.
"Vilyarreal" evdə inamlı təsir bağışlayaraq yenə qol buraxmadan qalib gəlib. Turnirin favoritlərindən olan "Liverpul" son saniyələrdə buraxdığı qolla uduzub. Lvovda isə məhsuldar heç-heçə qeydə alınıb. "Şaxtyor" Avropa Liqasının son 2 mövsümündə qalibi olan "Sevilya" ilə ev matçında əzmkarlıq göstərib. Mirça Luçeskunun yetirmələri hesabı bərabərləşdirib sonradan irəli çıxsa da, qələbəni son dəqiqələrdə əldən verib.