
"Barselona" İspaniya Primerosunda liderliyi qaytara bilib. Sportnet.az-ın məlumatına görə, Luis Enrikenin yetirmələri az öncə başa çatan "Betis"lə səfər matçında 2:0 hesabı ilə qalib gəlib.
Kataloniya təmsilçisi qələbəni heç də asanlıqla qazanmayıb. Belə ki, qolsuz bərabərliklə bitən ilk hissədə, 41-ci dəqiqədə "Betis"in tıəcrübəli almaniyalı müdafiəçisi Heyto Vestermann qırmızı vərəqə alaraq meydandan çıxarılıb. "Barselona" bundan sonra, ikinci hissədə rəqib qapısına yol tapa bilib. 50-ci dəqiqədə İvan Rakitiç, bundan 31 dəqiqə sonra Luis Suares fərqlənib.
Hesabında 85 xal olan "Barselona" sona 2 tur qalmış "Atletiko Madrid"lə eyni xala malikdirsə, "Real Madrid"i 1 xal qabaqlayır.