
AFFA-nın Premyer Liqa klublarına idman direktoru vəzifəsinə əcnəbi mütəxəssislərin təyin olunması və federasiya tərəfindən həmin şəxslərin məvacibinin ödənilməsi ilə bağlı qərarı müsbət qarşılayan klubların hesabına 200 min manat köçürüləcək. Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Federasiya rəsmisi gələcək nəsil barədə düşündüklərini də dilə gətirib: "Bəzi klublarımızda 8 yaşlı uşağa fiziki yüklənmə verilir. Axı bu, yolverilməzdir. O ki qaldı yeni təyin olunan idman direktorlarının fayda verib-verməməsinə, bunu 5 ildən sonra biləcəyik".