"Neftçi" Azərbaycan kuboku uğrunda "Qarabağ"la final oyununa ciddi itki ilə çıxacaq. Sportnet.az-ın məlumatına görə, komandanın əsas heyət oyunçularından olan braziliyalı üzvü Aylton Silva həlledici matçda meydana çıxa bilməyəcək.
Buna səbəb legionerin "Qəbələ" iıə cavab yarımfinal matçında vərəqə limitini aşaraq cəzalı durumça düşməsidir. Aylton Azərbaycan kubokunda debüt matçında - "Qaradağ Lökbatan"a 8:0 hesabı ilə qalib gəldikləri oyunda aldığı yersiz sarı vərəqənin indi əziyətni çəkməli olur. "Neftçi"də əvvəl sol cinah müdafiəçisi oynayan Silva hazırkı baş məşqçi Vəli Qasımovun vaxtında yarımmüdafiənin sol cinahında, hücumameylli futbolçu kimi çıxış edir.
Xatırladaq ki, Aylton cari çempionatda 2 dəfə qırmızı vərəqə almaqla antirekordçulardandır.