
Yaxın 2 il ərzində Gəncə şəhər stadionu yenidən qurulacaq. Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.
O, UEFA-nın ayırdığı maliyyə yardımı hesabına "Dalğa" stadionunun ətrafında milli komanda üçün təlim-məşq bazasının tikintisinin başa çatdığını söyləyib. Baş katib 2016-cı ildə Avropanın ali futbol qurumunun AFFA-ya növbəti maliyyə yardımı ayıracağını bildirib: "Həmin müddətədək Gəncədəki stadionun yenidən qurulması baş verməyəcəyi təqdirdə, həmin idman qurğusunun tikintisi bu vəsait hesabına həyata keçiriləcək. Tovuzda Premyer Liqa klublarının və AFFA-nın dəstəyi ilə süni örtüklü meydan salınıb. Həm Tovuz, həm də Gəncə Qərb bölgəsinə aiddir. Gəncədə isə təbii örtüklü meydança salınacaq. Yaxın şəhərlərdə süni və təbii örtüklü meydanların olması Qərb bölgəsindəki futbolun inkişafına müsbət təsir göstərəcək".