
Braziliyada keçirilən dünya çempionatında zədələnən Neymar milli komandası ilə bağlı bəzi məsələlərlə aydınlıq gətirib. Sportnet.az-ın məlumatına görə, gənc hücumçu yığma komandadakı məşqlərin normal keçmədiyini etiraf edib.
22 yaşlı futbolçu "sambaçılar"ın məşqlərinin çox yüngül olduğunu söyləyib: "Avropada məşqlərə çox ciddi yanaşılır. Braziliyada isə vəziyyət fərqlidir. Bəzən gərgin məşqlər keçirik, amma elə hazırlıq günü olur ki, az iş görürük. Braziliyalılar belədir".
Qeyd edək ki, Braziliyada keçirilən mundialda 5 qat dünya çempionları yarımfinalda Almaniyaya 1:7, 3-cü yer uğrunda görüşdə isə Hollandiya yığmasına isə 0:3 hesabı ilə məğlub olub.









































































